Simsar.az | bizi özünüzə Simsar bilin
İki qida məhsuluna vergi tətbiq olundu

Xaricdən buğda və un gətirilməsi problemə döndü

Nazirlər Kabineti xaricdən gətirilən buğda və unun ƏDV-dən azad olunma müddətini azaltdı


Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 2010-cu il 3 dekabr tarixli qərarında yenidən dəyişiklik edib. Nazirlər Kabinetindən Simsar.az-a verilən məlumata görə, qərarının 2-ci hissəsində “avqustun 1-dək” sözləri “iyulun 10-dək” sözləri ilə əvəz edilib.

Nazirlər Kabineti bu qərarı Konstitusiyanın 119-cu maddəsinin dördüncü abzasına əsasən və İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin rəylərini nəzərə alaraq verib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə xaricdən Azərbaycana gətirilən buğda və meslin, eləcə də buğda və buğda-çovdar unu avqustun 1-dək əlavə dəyər vergisindən (ƏDV) azad edilmişdi.

12 İyul, 2011  16:00 Baxılıb: 1200

Bu bölmədə