Simsar.az | bizi özünüzə Simsar bilin
Klinton Bəşər barəsində son sözünü dedi

Hillari Klinton: "Bəşər Əsəd legitimliyini itirib"

"Bəşər Əsəd legitimliyini itirib. Biz onun hakimiyyətdə qalması üçün qətiyyən heç nə etməmişik. Məqsədimiz Suriya xalqının demokratiya ümidlərinin reallaşdırmaqdan ibarətdir. Prezident Bəşər Əsəd isə legitimliyini itirib, o, öz vədlərini yerinə yetirə bilmədi və İrandan aldığı köməyi xalqının iradəsini boğmağa yönəltdi".

Simsar.az RİA "Novosti" saytına istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton dünən jurnalislərə deyib.

Avropa İttifaqı Suriyadakı repressiyalara etiraz olaraq bu ölkəyə silah və polis texnikası satışını qadağan edib. Eləcə də prezident başda olmaqla, Suriya hökumətinin yüksək rütbəli məmurlarının Apropa məkanına daxil olmasına qadağa qoyub və onların Avropadakı bank hesablarını dondurub.

Xatırladaq ki, Suriyada etirazlar mart ayında Deraa şəhərində başlayıb, sonra isə ölkənin digər regionlarını da bürüyüb. Suriyadan olan hüquq müdafiəçilərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda min nəfərdən çox insan ölüb.

12 İyul, 2011  16:00 Baxılıb: 1020

Bu bölmədə