Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağ Medvedev və Obamanın müzakirəsində

Rusiya və ABŞ prezidentləri Dmitri Medvedyev və Barak Obama arasında telefon danışığı olub.

APA-ın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, söhbət zamanı regional və qlobal problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları müzakirə edilib.

Obama və Medvedev ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderləri kimi Qarabağ tənzimlənməsində yaranmış durumla bağlı fikir mübadiləsi aparıblar.

Obama Rusiya liderinin bu isitqamətdəki səylərini, xüsusən də Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü yüksək qiymətləndirib. Eyni zamanda prezidentlər Bakı və İrəvanın sülh əldə etməsinə yardım göstərilməsi məqsədilə bundan sonra da əlaqələndirilmiş addımlar atmaq əzmini bildiriblər. Dövlət başçıları ikitərəfli və beynəlxalq mövzuya aid digər məsələri də müzakirə ediblər.

Xatırladaq ki, hazırda Rusiya xarici işlər naziri Serqey Lavrov Vaşinqtonda səfərdədir. Onun amerikalı həmkarı Hillari Klintonla görüşəcəyi və müzakirə edəcəyi məsələlər arasında Qarabağ tənzimlənməsinin olacağı xəbər verilir.

12 İyul, 2011  15:38 Baxılıb: 973

Bu bölmədə