Simsar.az | bizi özünüzə Simsar bilin
İdman-Konsert Kompleksinin tikintisinə 6 milyon manat ayrıldı

İlham Əliyev Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6,0 (altı) milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

12 İyul, 2011  04:00 Baxılıb: 998

Bu bölmədə