Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında

Son illər ərzində aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub.

İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.
Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq qərara alıram:
1. “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Dövlət Komissiyasının sədri

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Dövlət Komissiyasının üzvləri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Misir Mərdanov – Azərbaycan Respublikasının təhsil naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Məleykə Abbaszadə – Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

İsmayıl Sadıqov – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri


2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 iyul 2011-ci il.

12 İyul, 2011  00:52 Baxılıb: 993

Bu bölmədə