Simsar.az | bizi özünüzə Simsar bilin
ANKARADA LİVİYA HƏRƏKƏTLİLİYİ

Davudoğlu Liviya müxalifətinin təmsilçisi ilə BMT-nin Liviya üzrə xüsusi nümayəndəsini qəbul edəcək

Xarici işlər naziri Əhməd Davudoğlunun Binqazi səfərindən sonra Ankarada Liviya hərəkətliliyi yaşanır.

İyulun 15-də Türkiyə İstanbulda Liviya Koordinasiya Qrupu toplantısına ev sahibliyi edəcək. Bu toplantıdan öncə konkret addımların müəyyənləşməsi böyük əhəmiyyət daşıyır.

Davudoğlu bu səbəblə bu gün BMT-nin Liviya üzrə xüsusi təmsilçisi Əl Hatib ilə görüşəcək. Daha sonra isə Liviya müxalifətinin təmsilçisi Mahmud Cəbrail və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Əl Nahyan ilə üçlü toplantı keçirəcək. Görüşlərdə Davudoğlunun Binqazi səfəri ilə bağlı təəssüratları və Liviya müzalifətinə yardımların koordinasiyası haqda müzakirələr aparılacaq.

5 İyul, 2011  19:12 Baxılıb: 969

Bu bölmədə