Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev dünya azərbyacanlılarının qurultayında çıxış edib

"Ermənistan dövləti tarixi Azərbaycan ərazisində - İrəvan və Zəngəzurda yaradılıb. Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası coğrafi baxımdan parçalanıb”. 

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bu gün qarşıda duran ən vacib məsələlərdən biridir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda başlayan Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında bildirib. 

Beynəlxalq təşkilatların Qarabağ probleminin həlli ilə bağlı müvafiq qətnamələr qəbul etdiklərini xatırladan prezident bu sənədlərin icra olunmamasının Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhə yaxın olmamasından irəli gəldiyini bildirib: “İrəvan anlamlıdır ki, Azərbaycanın potensialı Ermənistanın imkanları ilə müqayisə edilə bilməz. Azərbaycanın iqtisadi potensialı Ermənistanın iqtisadi potensialından 10 dəfə çoxdur. Azərbaycanla rəqabət Ermənistanın gücü deyil. Təkcə Azərbaycanın hərbi xərcləri Ermənistan büdcəsindən 50 faiz çoxdur”.

Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının da münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini müdafiə etdiyini vurğulayıb.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də Ermənistanın maraqlarına cavab verir: “Vasitəçi dövlətlər də bəyan edirlər ki, “status-kvo” qəbul edilməzdir. Azərbaycan danışıqları davam etdirəcək. Ermənilər yaxşı bilirlər ki, onlar Dağlıq Qarabağa qonaq gəliblər. Ermənistan dövləti tarixi Azərbaycan ərazisində - İrəvan və Zəngəzurda yaradılıb. Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası coğrafi baxımdan parçalanıb”.

Prezident İ. Əliyev, həmçinin deyib ki, Azərbaycan bütün amillərdən, o cümlədən ordu amilindən istifadə etməklə ərazi bütövlüyünü təmin edəcək.

5 İyul, 2011  18:48 Baxılıb: 966

Bu bölmədə