Simsar.az | bizi özünüzə Simsar bilin
Qələbəmizin poçt markası çıxdı

Marka 1 manatadı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində qələbəsinə həsr edilmiş poçt markası təqdim edib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müsabiqədə qalib gəlmiş Eldar Qasımov və Nigar Camalın fotoşəkillərinin əks olunduğu poçt vərəqi 15 minlik tirajla buraxılıb. Markanın nominal dəyəri isə 1 manat təşkil edir. 

Xatırladaq ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” Mahnı Müsabiqəsində 43 ölkə arasında Azərbaycanlı duet Eldar Qasımov və Nigar Camal birinci yeri əldə edərək qələbə qazanıb.

5 İyul, 2011  16:52 Baxılıb: 1344

Bu bölmədə