Simsar.az | bizi özünüzə Simsar bilin
NATO rəsmisi Bakıda

Səfər tanışlıq xarakteri daşıyır

APA-nın məlumatına görə, bu, C. Appaturayın xüsusi nümayəndə qismində Azərbaycana ilk səfəridir.

Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində o, Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. Bundan başqa, xüsusi nümayəndə Bakıda keçirilən NATO-Azərbaycan Beynəlxalq Məktəbinin “Yaxın Şərq problemi: Təhlükəsizlik və Demokratiya” adlı (“The Middle East Puzzle: Security and Democracy”) yay sessiyasında çıxış edəcək.

Səfər iyulun 6-da başa çatacaq.

Xatırladaq ki, C. Appaturayın Bakıya səfəri bu il iyunun 10-na planlaşdırılsa da, baş tutmamışdı.

5 İyul, 2011  16:43 Baxılıb: 1032

Bu bölmədə