Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov Vatikana gedir

Səfər 5-6 iyul tarixlərində baş tutacaq

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov və Müqəddəs Taxt-Tacın Dövlətlərlə münasibətlər şöbəsinin katibi Arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Vatikan arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş”in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayacaqlar. 

Elmar Məmmədyarovun Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Akisio Bertoni ilə görüşü də planlaşdırılıb.

5 İyul, 2011  16:26 Baxılıb: 1622

Bu bölmədə