Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafini yola gətirdilər

O, öldürülməməsi müqabilində getməyə razıdır

Simsar.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, NATO-ya üzv bir sıra ölkələr, əsasən də Fransa Müəmmər Qəddafiyə belə zəmanət verməyə hazır olduğunu bildirib. Həmin ölkələr tək Liviya prezidentinin və onun ailə üzvlərinin hesablarının “donunu açmağ”a yox, həm də Müəmmər Qəddafinin Haaqa Tribunalının həbs qərarından yayınmağa kömək edəcəyinə söz verib. Hazırda Liviya liderinin Vətənində qalması məsələsi müzakirə olunur. 

Qeyd edək ki, ötən gün Liviya qiyamçılarının qurduğu Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil qiyamçıların Müəmmər Qəddafinin ömrünün qalan qismini ölkəsində keçirməyə etiraz etmədiklərini bildirib.

5 İyul, 2011  16:01 Baxılıb: 1268

Bu bölmədə