Simsar.az | bizi özünüzə Simsar bilin
XARİCİ İŞLƏR NAZİRİ QIRĞIZISTAN SPİKERİNİ QƏBUL EDİB

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstan parlamentinin sədri Axmatbek Keldibekovu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə Azərbaycanda sürətlə gedən inkişaf prosesinin müşahidə olunduğunu qeyd edən qonaq, qardaş Azərbaycan xalqının uğurlarının Qırğızıstanda sevinclə qarşılandığını qeyd edib. İki xalq arasında dərin mədəni, tarixi, dini köklərin mövcudluğunu vurğulayan Keldibekov, ölkələrin biri-birinə dəstək olmalarının vacibliyini və qırğız tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Öz növbəsində, Məmmədyarov ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulıb. Hər iki ölkənin Avropa ilə Asiyanı birləşdirən tarixi "İpək yolu"nun üstündə olmasının nəqliyyat layihələrinin əhəmiyyətini artırdığını qeyd edib.

Sonra tərəflər Orta Asiya və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

5 İyul, 2011  04:00 Baxılıb: 1013

Bu bölmədə