Simsar.az | bizi özünüzə Simsar bilin
Müsavat partiyası rayon təşkilatı buraxıldı

Sədr barədə məsələ qaldırılıb

Bu barədə Simsar.az-a partiyanın başqan müavini Gülağa Aslanlı bildirib. G.Aslanlının sözlərinə görə, iclasda ilk olaraq görülən işlər barədə məlumat verilib. Daha sonra ölkədə və dünyada baş verən əsas ictimai-siyasi hadisələrə münasibət bildirilib. 


O deyib ki, uzun müddətdir, partiyanın işində iştirak etməyən Zəngilan rayon şöbəsinin sədri barədə məsələ qaldırılıb və bu rayon təşkilatının seçkili orqanlarının buraxılması, eyni zamanda yeni təşkilat komitəsinin yaradılması haqqında qərar qəbul edilib.


Divan eyni zamanda AXCP üzvü Təzəxan Mirələmlinin həbsi və məhkəməsi başlayacaq “2 aprel məhbusları” ilə bağlı məsələni müzakirə edib.

Sonda cari məsələlər müzakirə olunub.

4 İyul, 2011  22:39 Baxılıb: 1050

Bu bölmədə