Sərdar Cəlaloğludan İctimai Palatanın əleyhinə növbəti açıqlama
“...Bu da orada xaosun yaranmasına səbəb olub" Bunu APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. S.Cəlaloğlu deyib ki, əgər bir ideya və ya qurum inkişaf etməyə başlamırsa, onda quruculuq əvəzinə, dağıdıcılıq prosesinə məruz qalır. İndiki halda İctimai Palatada (İP) bu cür münaqişələrin meydana çıxması onu göstərir ki, artıq qurum özünün inkişafının pik nöqtəsinə çatıb: “İndi İctimai Palatada özünün tənəzzül dövrünə qədəm qoyub. Burada 2 partiya arasında üstünlük uğrunda aparılan mübarizədə maraqlar toqquşur. Ona görə də zaman-zaman Müsavat Partiyası ilə AXCP üzvləri bir-birinə qarşı ittihamlar söyləyirlər”.
4 İyul, 2011 18:42 ⁄ Baxılıb: 1175
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |