Elmi dərəcəsi olanların əmək pensiyaları artırıldı
İş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyasına 120-200 manat əlavə olunur Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanunda elmi dərəcəsi olan şəxslərin pensiyalarının artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyaları əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, iyulun 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.
4 İyul, 2011 18:12 ⁄ Baxılıb: 1850
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |