Simsar.az | bizi özünüzə Simsar bilin
İranın təklifini hakim partiya müsbət qarşılayır

Əli Əhmədov: "İran həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli təsir göstərəcəksə, bu isə çox böyük töhfə ola bilər"

İran parlamenti sədri Əli Laricaninin Dağlıq Qarabağ münaqişəsinin həllində Tehranın vasitəçilik təklifini şərh edən Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov ANS-ə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, təəssüf ki, hələlik uğurlu nəticə əldə edilə bilməyib. Əli Əhmədov bununla belə 3 böyük dövlətin daha böyük imkanalarının olduğunu da qeyd edib. 

Qonşu İran dövlətinin münaqişənin həllində vasitəçilik təklifinə gəlincə isə, o hesab edir ki, əgər İran həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli təsir göstərəcəksə, bu işə çox böyük töhfə ola bilər .

4 İyul, 2011  17:49 Baxılıb: 1241

Bu bölmədə