Simsar.az | bizi özünüzə Simsar bilin
“GOOGLE” ŞƏKİLLƏ AXTARIŞ XİDMƏTİNƏ START VERDİ

Bu xidmət sayəsində hər hansı bir mənzərənin hara aid olduğunu öyrənmək asanlıqla mümkündür

Dünyanın ən böyük virtual axtarış sistemlərindən biri olan “Google” artıq hər hansı bir şəkildən axtarış meyarı kimi istifadə edən sistemi təqdim edib. Hər hansı bir web-saytdan şəkli mouse ilə “Google”dəki axtarış qutucuğunun içinə sürüyərək həmin şəkil barədə məlumat əldə etmək mümkün olacaq. Qeyd edək ki, xidmət internet səhifələrindən yüklənən şəkillərlə məhdud deyil. Sistemdə kompüterdən yüklənən şəkil və ya hər hansı bir şəklin virtual ünvanını yerləşdirərək də axtarış etmək mümkündür.

Artıq bu xidmət sayəsində hər hansı bir sənət əsəri barədə məlumat əldə etmək və bir mənzərənin hara aid olduğunu öyrənmək asanlıqla mümkündür. “Google”nin bu xidməti isə eyni vaxtda 40 dildə istifadəyə verilib.

4 İyul, 2011  15:56 Baxılıb: 1201

Bu bölmədə