Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏDƏ DAŞQIN BAŞ VERİB

Leysan yağışlar Ərzincan və Çankır bölgələrində selə səbəb olub

Türkiyənin bir sıra bölgələrində yağan yağışlar daşqına səbəb olub. Ərzincan şəhərində cəmi yarım saat davam edən yağış yaşayış evlərinin birinci mərtəbəsini və iş yerlərini su basması ilə nəticələnib. Şəhərdə nəqliyyatın hərəkəti çətinləşib,bir neçə avtomobil su basmış yollarda qalıb.

Çankır şəhərində də analoji vəziyyət yaranıb. Leysan yağışlar Çankır-Ankara magistral yolunun bağlanmasına səbəb olub. Avtomobillər yollarda uzun tıxaclar əmələ gətirib. Suyun dərinliyini nəzərə almayan bəzi sürücülər isə çətin anlar yaşayıblar, avtomobillərin içi su ilə dolub. Şəhər mərkəzində bəzi yaşayış evlərinə ziyan dəyib. Binaların zirzəmiləri su ilə dolub.

4 İyul, 2011  00:43 Baxılıb: 1110

Bu bölmədə