Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov bəyan etdi

“Sabitliyin, ictimai asayiєin pozulmasına imkan verilməyəcək”

“Radikal müxalifət partiyalarının son aylarda paytaxtın müxtəlif yerlərində ictimai asayişi pozmaq cəhdləri, əslində, xuliqanlıq hərəkətləri və siyasi avantüradır.


Belələri hər dəfə ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, nəqliyyatın normal fəaliyyətini pozur, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərirlər”. APA-nın xəbərinə görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

R. Usubov radikal müxalifətin illərdir, boş hay-küy saldığını, 1988-1993-cü ilin eyforiyasından hələ də azad ola bilmədiyini, gerçəkliyi heç cür qəbul etmək istəmədiyini vurğulayıb: “Reallıq isə onların hər seçkidə üzləşdikləri sarsıdıcı məğlubiyyət, ictimai dəstəyi tamamilə itirmələridir. Ona görə də bu gün bir qrup siyasətbazın dedi-qodusuna ciddi əhəmiyyət verməyə əsas yoxdur. Kimin kim olduğunu aydın dərk edən xalq artıq Heydər Əliyev siyasi kursuna nativ görmür, prezident İlham Əliyevi özünün yeganə güvənc ünvanı qəbul edir”.

Nazir deyib ki, daxili işlər orqanlarının bütün şəxsi heyəti bu reallığı görür və ürəkdən qəbul edir: “Biz Azərbaycanda sabitliyin, ictimai asayişin pozulmasına, siyasi avantüraların xalqın mənafeyinə, dövlətçilik maraqlarına ziyan vurmasına heç vaxt imkan verməyəcəyik”.

2 İyul, 2011  17:22 Baxılıb: 1638

Bu bölmədə