Simsar.az | bizi özünüzə Simsar bilin
LİTVANIN BAŞ NAZİRİ BAKIDA DANIŞIQLAR APARACAQ

Litvanın Baş naziri Andryus Kubilyus gələn həftə Bakıda ikitərəfli əməkdaşlığın perspektivləri haqqında danışıqlar aparacaq

Bu barədə diplomatik mənbə məlumat verib.

Litvanın Baş naziri iyulun 5-də Azərbaycan tərəfi ilə ticari-iqtisadi əməkdaşlıq, o cümlədən energetika sahəsində məsələləri müzakirə etmək fikrindədir.

Litvanın "AB Klaipedos Nafta" şirkəti ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə birgə Odessa-Brodı-Plosk-Qdansk neft nəqli dəhlizinin inkişafı ilə məşğul olan "Sarmatia" beynəlxalq boru kəməri şirkətinin iştirakçısıdır. Odessa-Brodı neft kəməri ilə artıq Azərbaycan neftinin Ukraynaya və Belarusa nəqlinə başlanılıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-may aylarında Azərbaycanla Litva arasında mal dövriyyəsi 7,6 milyon dollar təşkil edib. Bununla yanaşı, Azərbaycandan 3,659 milyon dollarlıq mal ixrac, 3,973 milyon dollarlıq mal isə idxal olunub.

2 İyul, 2011  02:26 Baxılıb: 987

Bu bölmədə