Simsar.az | bizi özünüzə Simsar bilin
Daha bir generalımız artdı

Prezident Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayevə  general-mayoru rütbəsi verdi

Simsar.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Musayev Rasim İslam oğlu və DİN Katibliyinin rəisi Şirinov Nüsrət Kamran oğluna polis general-mayoru ali xüsusi rütbəsi verilməsi barədə qərar qəbul edib.

2 İyul, 2011  00:13 Baxılıb: 1070

Bu bölmədə