Simsar.az | bizi özünüzə Simsar bilin
GÜL BDP TƏMSİLÇİLƏRİNİ QƏBUL EDİB

Əhməd Türk: "Cənab prezident bizə pozitiv enerji verdi"

Türkiyə prezidenti Abdulla Gül Barış və Demokratiya Partiyasının təmsilçilərini qəbul edib. 

Müstəqil olaraq Mardindən deputat seçilən Əhməd Türk və Diyarbəkirdən seçilən Şərafəddin Elçi Abdulla Gülün dəvəti ilə Çankaya Köşkünə gediblər.

Türk Elçi ilə birlikdə Köşkdən ayrılarkən verdiyi açıqlamada 12 iyun seçkilərindən sonra istəmədikləri və mütləq həll olunmasının vacibliyinə inandıqları bir böhranla qarşılaşdıqlarını söyləyib.

Əhməd Türk haqsızlıqla qarşılaşdıqlarını və bu səbəbdən parlamenti boykot etdiklərini söyləyərək, problemin həllini təmin edəcək inandırıcı açıqlama və ya fəaliyyət olmadan mövqelərinin dəyişməyəcəyini deyib.

Mardin millət vəkili prezident Abdulla Güllə görüşü müsbət dəyərləndirib: "Cənab prezident həqiqətən bizə pozitiv enerji verdi. Problemin həlli ilə bağlı səy göstərəcəyinə inanırıq. Bu mərhələdə böhran həll olunmayacağı təqdirdə qarşıdakı mərhələnin daha sancılı olacağını söylədik. Hörmətli prezidentimiz də bunun fərqindədir. Ümid edirəm ki, hökumət bu böhranın həlli ilə bağlı lazımi refleksi göstərər və problemin həllinə töhfə verər".

1 İyul, 2011  21:44 Baxılıb: 1033

Bu bölmədə