Simsar.az | bizi özünüzə Simsar bilin
ROSSEL SANÇEZ ÜÇÜN ARGENTİNAYA GEDƏCƏK

Barselonanın prezidenti Sandro Rossel Aleksis Sançez transferini başa çatdırmaq üçün Argentinaya gedəcəyi açıqlandı.

Barselonanın uzun müddətdir heyətinə qatmağa çalışdığı Udinezenin çilili gənc ulduzu Aleksis Sançezi transferini başa çatdırmaq üçün Argentinaya gedəcəyi bildirildi. Çili millisinin heyətində Copa Americada iştirak edəcək olan Sançezin transferi turnir ərzində başa çatdırıla bilər. Amma bu istiqamətdə əsas maneə Çilinin baş məşqçisi Klaudio Brgininin katalon təmslçisinə futbolçu ilə transfer məsələsində görüşməyə icazə verməməsidir. Amma Barselona rəhbərliyi turnir çərçivəsində bu transferi başa çatdırmağı hədəfləyir.

1 İyul, 2011  19:58 Baxılıb: 1006

Bu bölmədə