Simsar.az | bizi özünüzə Simsar bilin
Mitinqçilərin məhkəməsinin vaxtı bilindi

6 nəfərin işinə baxıldı

İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqlə bağlı başlanan cinayət işi çərçivəsində saxlananlardan 6 nəfərin məhkəməsinin vaxtı bəlli olub. 

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, iş üzrə məhkəmənin hazırlıq iclası Səbail rayon məhkəməsində iyulun 13-də keçiriləcək. Prosesə hakim Elnur Həsənov sədrlik edəcək. İş üzrə təqsirləndirilən 6 nəfər - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovdur.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Anar Gəraylı

1 İyul, 2011  19:45 Baxılıb: 1199

Bu bölmədə