Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağa dair ortada yeni plan var?

“Azərbaycan və Ermənistana əlavə təkliflər veriləcək”

Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərə məsələnin sülh yolu ilə həlli üçün əlavə təkliflər veriləcək. 
Bunu "Exo Moskvı" radiostansiyasına müsahibəsində Fransa xarici işlər naziri Alen Jüppe bildirib.

Radiostansiyanın redaktoru Aleksey Venediktovun "Bizim prezident (Rusiya prezidenti red.) dedi ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü belə desək, müvəfəqqiyyətsizliklə nəticələndi. Dağlıq Qarabağ münaqişəsi görəsən ömürlük davam edəcək? Həlli yolu yoxdur?" sualına fransalı nazir belə cavab verib:

"Niyə ki? Mən əlbəttə Rusiyanın, Rusiya prezidentinin səylərini alqışlayıram, o bu prosesdə həm Soçi, həm də Kazanda çox böyük səy göstərib. Buna baxmayraq heç bir nəticəsi olmadı, bu əlbəttə ki, məyusedicidir. Buna baxmayaraq mən bildiyimə görə, indi hansısa şəkildə razılıq əldə olunması üçün əlavə təkliflər olacaq".

1 İyul, 2011  18:50 Baxılıb: 1075

Bu bölmədə