Simsar.az | bizi özünüzə Simsar bilin
Moskvadakı azərbaycanlıların işi çətinləşdi

“Lujniki” bazarı bağlandı

Simsar.az-ın məlumatına görə, bu barədə “İnterfaks”a Moskvanın ticarət və ərzaq departamentinin rəhbəri Mixail Orlov bildirib. 

Orlov deyib: “Bu gün “Lujniki” ticarət-yarmarka kompleksi işini dayandırdı. Bunlar stadion qarşısındakı “nal” adlandırılan bağçadakı 2500 tabaq, yaxınlıqdakı 500 konteyner, habelə, topdansatış ticarəti üçün 302 ikimərtəbəli pavilyondan ibarətdir”.

Onun sözlərinə görə, “Lujniki” ərazisindəki konteynerləri yalnız sentyabrda tamamilə çıxaracaqlar. Bazarın yerləşdiyi idman kompleksi ərazisində artıq abadlaşdırma işlərinə başlanılıb: “Bu, abadlaşdırılmış qazonları, yaxşı asfalt və plitə örtüyünə malik, başqa sözlə, mənalı istirahət üçün əhval-ruhiyyə yaradan gözəl ərazi olacaq”.

Kompleks ərazisində çalışan sahibkarlara yeni iş yerləri təklif olunub. Söhbət əsasən, Moskva vilayətindən gedir. Bazar nümayəndələri artıq “Lujniki” ərazisinə gələrək, sahibkarlarla müqavilə bağlayıblar. Hazırda Moskva rəhbərliyi bağlanılmış ticarət mərkəzi yaxınlığında “Lujniki” yarmarkasının bağlanılması barədə danışıqlar aparırlar. Orlov bildirib ki, Lujnikidəki yarmarka başqa obyektdir. Onun ayrı sahibi var və hazırda bağlanılması barədə danışıqlar gedir. Departament rəhbərinin sözlərinə görə, bağlanış tarixi barədə sonradan məlumat veriləcək.

Qeyd edək ki, paytaxt meriyasının “Lujniki”də əşya bazarını bağlamağa qərar verməsi mayda məlum olub. Ertəsi gün mer Sergey Sobyanin bildirib ki, ilin sonunadək idman kompleksində elementar qayda-qanun yaradılacaq. Sonradan isə şəhər rəhbərliyi idman obyektləri ilə istirahət zonasının bərpası və inkişafına vəsait ayırmaq niyyətindədir.

Belə açıqlamaya idman kompleksinin əsas səhmdarının dəyişməsi səbəb olub. “Lujniki”nin əsas sahibi Vladimir Alyoşin Açıq Səhmdar Cəmiyyətdəki payını Moskva rəhbərliyinə 10 milyon avroya satıb. Bundan sonra paytaxt “Lujniki”də 47,5 faiz paya sahib olaraq ən iri səhmdara çevrilib. Daha öncə Alyoşin öz istəyilə “Lujniki”nin baş direktoru postundan kənarlaşdırılıb. İstefa öncəsi Sobyanin bildirib ki, “Lujniki” ayrı-ayrı şəxslərə yox, şəhərə məxsus olmalıdır.

Moskvada olan azərbaycanlıların bu bazarda bizneslə məşğul olduqlarını nəzərə alsaq, hadisənin onlara əngəl yaradacağını indidən deyə bilərik.

1 İyul, 2011  18:36 Baxılıb: 993

Bu bölmədə