Argentina mətbuatı erməni vəhşiliyindən yazıb
Jurnalda Aydın Əliyev barəsində də geniş məqalə var Azərbaycanın Argentinadakı səfirliyindən daxil olan məlumata görə, üz qabığında Bakının “İçərişəhər” metro stansiyası ilə “Köhnə Qala” divarlarının kəsişdiyi fotoşəkil yerləşdirilmiş “İmagen Diplomatica” jurnalının sonuncu nömrəsi “Azərbaycan – qədim tarixin müasirliklə qovuşduğu nöqtə” (Azerbaiýan – punto de confluencia de la historia antigua con la modernidad) adlanır. Jurnalda Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin cari ilin fevral ayında Argentinaya səfəri, bu çərçivədə təşkil olunmuş görüş və tədbirlər, ümumilikdə ölkəmizin həqiqətləri, tarixi-mədəniyyət irsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin sosial-iqtisadi inkişafı, Argentina ilə əməkdaşlığı, habelə cari ildə Buenos-Ayresdə qeyd olunmuş Azərbaycanın Respublika Günü, ölkəmizin 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən məqalələr dərc olunub.
1 İyul, 2011 16:54 ⁄ Baxılıb: 1164
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |