Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Birliyinin yeni sədri-Polşa

İlk dəfə bu funksiyanı yerinə yetirəcək

Simsar.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, rəsmi Varşava 7 il əvvəl AB-yə üzv olandan bəri ilk dəfə bu funksiyanı yerinə yetirəcək.

Polşa sədrliyi dövründə şərqdəki qonşularına – Ukrayna və Belarusa AB-nin təsirini artırmağa çalışacaq. Bundan əlavə, yeni sədr birliyin bəzi ölkələrində böhran şəraitində AB-nin büdcəsi ilə bağlı çətin danışıqlar aparmalı olacaq.

Sədrlik rəsmi olaraq Polşa və Macarıstan baş nazirləri Donald Tusk və Viktor Orban arasında keçirilən görüş zamanı təhvil veriləcək. Polşa AB-yə 2011-ci il dekabrın 31-nə kimi sədrlik edəcək. Sonra bu postda onu Danimarka əvəzləyəcək.

1 İyul, 2011  16:12 Baxılıb: 1031

Bu bölmədə