Simsar.az | bizi özünüzə Simsar bilin
İLHAM ƏLİYEV KANADA XALQINI TƏBRİK EDİB

Azərbaycan prezidenti Kanadanın General-Qubernatoruna təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu göndərib.Təbrik məktubunda deyilir: 

“Hörmətli cənab General-Qubernator, Milli bayramınız – Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Kanada dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

1 İyul, 2011  04:43 Baxılıb: 938

Bu bölmədə