Simsar.az | bizi özünüzə Simsar bilin
BAKIDA MÖHTƏŞƏM KONSERT

Emin Ağalarov, Aysel Teymurzadə, Səfurə, Eldar və Nigar Xəzər sahilində birgə konsert verəcəklər

Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Bakıda Xəzər dənizi kənarında konsert verəcək.Müğənninin rəsmi internet saytının yaydığı xəbərə görə, konsert iyulun 9-da Nardarandakı “Sea Breeze Resort”da baş tutacaq. 

Həmin gün Emin Azərbaycanı müxtəlif illərdə “Eurovision” mahnı yarışmasında təmsil etmiş ifaçılar - Aysel Teymurzadə, Səfurə Əlizadə və bu il Azərbaycana qələbə qazandırmış Eldar Qasımov və Nigar Camal ilə birlikdə çıxış edəcək. Emin tamaşaçılar qarşısında yeni mahnılarını da oxuyacaq. Bu konsertlə sözügedən məkanda yay mövsümü açıq elan ediləcək.

Xatırladaq ki, Emin iyulun 7-də Yaşıl Teatrda solo-konsert verəcək. Həmin konsertdə müğənni yeni klipinin də təqdimatını keçirmək niyyətindədir.

1 İyul, 2011  04:36 Baxılıb: 1239

Bu bölmədə