Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Şura üzvləri Brüssel səfərində

Anar Xəlilov: “Qarabağ həqiqətləri Avropa gənclərinə çatdırılacaqdır”. 

Bu günlərdə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi və Müsəlman Gənclər Təşkilatlarının (FEMYSO) II Forumu ilə birgə üçtərəfli saziş imzalanacaq. 

Bu barədə Simsar.az sayt;na məlumat verən birliyin sədri Anar Xəlilov deyib ki, iyunun 30-dan iyulun 4 nə kimi davam edəcək səfər çərçivəsində birgə əməkdaşlıqla bağlı sazişdən əlavə, Avropada fəaliyyət göstərən müsəlman gənclər təşkilatlarına Qarabağ problemi və erməni işğalı barədə ətraflı informasiya veriləcək: “Bu gün istər SİMİB, istərsə Milli Şura çərçivəsində Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılması istiqamətində ciddi işlər görürş Bu Forum bizə bir daha Avropada aktiv fəaliyyəti olan müsəlman gənclərinin diqqətini cəlb etməyə və onlarla birgə Qarabağ həqiqətlərimizi beynəlxalq gənclər şəbəkələri səviyyəsində məlumatlandırılmasına imkan yaradacaqdır”.

Anar Xəlilov onu da bildirib ki, Milli Şura Müsəlman Gənclər Təşkilatlarının (FEMYSO) Forumunun növbəti tədbirlərindən birinin Azərbaycanda keçirilməsi barədə də müzakirə aparır.

Aynurə





30 İyun, 2011  18:52 Baxılıb: 990

Bu bölmədə