Simsar.az | bizi özünüzə Simsar bilin
Qobustan həbsxanasına yeni rəis tapıldı

Başqa cəza çəkmə müəssisələrinə də rəhbərlər təyin edildi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovun Simsar.az-a verdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmrləri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov 2 saylı müəssisəyə, 9 saylı müəssisənin rəis müavini Etibar Məmmədyarov isə 5 saylı müəssisəyə rəis təyin edilib.


Qobustan həbsxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Şahin Osmanov isə bu həbsxanaya rəis təsdiq olunub.

30 İyun, 2011  18:01 Baxılıb: 1257

Bu bölmədə