Simsar.az | bizi özünüzə Simsar bilin
Əməliyyatla qızı oğlan edirlər

Hindistanın əyalətlərində həkimlər qız uşaqlarının cinsini dəyişdirməklə bağlı cərrahi əməliyyatlar aparmaqda günahlandırılırlar.

Simsar.az-ın “Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, oğlan uşağı istəyən ailələr qız uşaqlarını kiçik yaşda əməliyyat etdirmək istəyir və bunun üçün 3 min dollara qədər vəsait ödəyirlər. Məsələnin üstü bu cür əməliyyat keçirmiş uşaqlarla bağlı məlumatların mətbuatda yer alması ilə açılıb. Həmin həkimlər iddia edirlər ki, əməliyyat keçirdikləri qızların cinsiyyət orqanlarında problem olub, onların həm kişi, həm də qadın cinsiyyət orqanı olub. Həkimlər də tibbi müdaxilə edərək problemləri yoluna qoyublar. 

Bədəndə “Genitoplasti” adlanan hissədə estetik əməliyyat keçirildikdən sonra qız uşaqlarına kişi hormonları verilir. Hindistan Pediatrlar Akademiyasının rəhbəri professor V.P.Gosvami deyib ki, bu cür əməliyyatlar uşaqları yetkin yaşa çatanda sonsuz olmaq təhlükəsi ilə üzləşdirir.
Qeyd edək ki, Hindistanda ailələr oğlan uşaqlarına üstünlük verir, çox vaxt ana bətnindəki körpənin qız olduğunu biləndə onun dünyaya gəlməsinin qarşısını alırlar. Bunun nəticəsindədir ki, hazırda Hindistanda oğlan uşaqlarının sayı qızlarla müqayisədə 7 milyon nəfər çoxdur.

30 İyun, 2011  04:18 Baxılıb: 1176

Bu bölmədə