Simsar.az | bizi özünüzə Simsar bilin
TENNİS AKADEMİYASININ MƏRKƏZİ KORTU İSTİFADƏYƏ VERİLİB

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak edib. 
İnşaatçılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsdi.
Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlətimizin başçısına məlumat verdi ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür imkan vardır.
Qeyd edildi ki, 3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir inkişaf materiallarından istifadə olunmuşdur. Burada idman şərhçiləri və teleoperatorlar üçün xüsusi avadanlıq quraşdırılmışdır. Bundan başqa, mərkəzi kortun altında 75-80 avtomobil tutumu olan dayanacaq tikilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzi kortda gənc idmançıların nümunəvi çıxışlarını izlədilər, idman qurğusunun ərazisini gəzdilər.
Dövlətimizin başçısı və xanımı gənc idmançılarla görüşdülər, onlara uğurlar arzuladılar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı və hovuzu ilə tanış oldular.
Daha sonra dövlətimizin başçısı inşaatçılar qarşısında çıxış etdi, onlara uğurlar arzuladı.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva inşaatçılarla xatirə şəkli çəkdirdilər.
Dövlətimizin başçısı və xanımı Bakı Tennis Akademiyasının həyətini gəzdilər, burada görülmüş abadlıq işləri ilə tanış oldular.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gənc idmançılarla xatirə şəkli çəkdirdilər, onlarla söhbət etdilər.
Azərbaycan dövlətinin başçısı görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

30 İyun, 2011  02:08 Baxılıb: 1158

Bu bölmədə