Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT BİNƏQƏDİ OLUB

Prezident İlham Əliyev Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub. 
Dövlətimizin başçısına məlumat verildi ki, 2001-ci ildə istifadəyə verilən parkda ötən ilin dekabr ayından yenidənqurma işlərinə başlanılıb. Bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Heydər Əliyev adına Parkın giriş qapısı 10 sütundan ibarətdir. Giriş qapısının hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metrdir. Parkın girişində 25 metr hündülükdə bayraq dirəyi ucaldılıb.
Bildirildi ki, burada Heydər Əliyev İctimai Mərkəzi də fəaliyyət göstərəcəkdir. Mərkəzin iki mərtəbədən ibarət olacaq binasının birinci mərtəbəsində foye, xarici dil mərkəzi, konfrans zalı, audio-vizual, multimedia mərkəzləri, fotostudiya, istirahət və əyləncə mərkəzi, ikinci mərtəbədə isə kompyuter otağı, kitabxana və mətbuat mərkəzi, muzey, şahmat klubu və s. yerləşəcəkdir.
Parkda müxtəlif tədbirlər keçirmək üçün açıq meydança və fəvvarə tikilir. Həmçinin burada “Ana və uşaq” kafesi, istirahət köşkləri, uşaq əyləncə meydançası, əlil uşaqların reabilitasiyası mərkəzi inşa olunacaqdır. Parkın ərazisinə Almaniya istehsalı olan tamet döşənəcək, burada yaşıllıqlar salınacaqdır.
Prezident İlham Əliyev parkın eskiz layihəsinə, yenidənqurmadan sonrakı görünüşünü əks etdirən şəkillərə baxdı, müvafiq tapşırıq və tövsiyələrini verdi.

30 İyun, 2011  02:04 Baxılıb: 1069

Bu bölmədə