Simsar.az | bizi özünüzə Simsar bilin
Timoşenko yeddi ilini həbsdə keçirə bilər

Keçmiş baş nazirin bu gün məhkəməsidir

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun bu gün Kiyevdə məhkəməsi başlayır. Timoşenko 2009-cu ildə baş nazir olan zaman Rusiya ilə qaz sövdələşməsi zamanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Timoşenko özü bu ittihamları rədd edir. Bildirir ki, bu ittihamların arxasında siyasi motivlər dayanır. O, bunda prezident Viktor Yanukoviçi suçlandırır.

Bu gün tərəfdarları ilə məhkəməyə gələn Yulio Timoşenko məhkəməni «saxta» adlandırıb:

- Bu məhkəmə deyil, Prezident Adminstrasiyasının şöbəsidir və siz də bu siyasi qərarları yerinə yetirirsiniz.

Əgər sabiq baş nazirə verilən ittihamı təsdiqlənsə, Timoşenko azı 7 ilini həbsdə keçirməli olacaq.

29 İyun, 2011  21:28 Baxılıb: 1235

Bu bölmədə