Simsar.az | bizi özünüzə Simsar bilin
Sahibkarlığa Kömək Milli Fondu təklif gözləyir

Bağçılıq, ət kəsimi, süd emalı, taxıl məhsulları üçün anbar kompleksinin yaradılması sahələri üzrə


Simsar.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmazda sahibkarlardan aşağıdakı istiqamətlər üzrə təkliflər gözləyir. 
- intensiv bağçılıq və ya tingçilik təsərrüfatlarının yaradılması;
- yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli müasir süd emalı müəssisəsinin yaradılması;
- taxıl məhsullarının təmizlənməsi və saxlanılması məqsədilə müasir anbar kompleksinin yaradılması.
Sahibkarlar bu investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

RAMİL





29 İyun, 2011  18:13 Baxılıb: 1259

Bu bölmədə