Simsar.az | bizi özünüzə Simsar bilin
Qiymətlər liberallaşdırılır

Azərbaycanda indiyədək dövlət tərəfindən tənzimlənən bəzi qiymətlər liberallaşdırılacaq.

Simsar.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulur.


Tədbirlər Planında ölkədə inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün dövlət orqanları arasında makroiqtisadi siyasətin koordinasiyası, optimal makro-fiskal çərçivənin formalaşdırılması və adekvat pul siyasətinin yeridilməsi planlaşdırılır.


Bundan başqa, tariflərin dövlət tərəfindən tənzimlənməsi təkmilləşdiriləcək. Plana əsasən Tarif Şurası, İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Nazirliyi bununla bağlı təkliflər hazırlamalıdır. Tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşdırılması nəzərdə tutulub. Eləcə də dövlət tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələri müəyyən olunacaq, bu xidmətlərin maliyyələşdirilməsi ilə bağlı problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirləri həyata keçiriləcək.

Tədbirlər Planında dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması, bu məqsədlə tariflərin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması nəzərdə tutulur.

29 İyun, 2011  17:48 Baxılıb: 1062

Bu bölmədə