Ölkəni tərk edənlərin sayı azalır
Səlim Müslümov statistik rəqəmlər açıqladı Azərbaycandan xarici ölkələrə miqrasiya edənlərin sayı ilbəil kəskin azalır. Simsar.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. S. Müslümovun sözlərinə görə, 1994-cü ildə Azərbaycandan gedənlərin sayı 342 min nəfər, gələnlərin sayı isə 211 min nəfər olub. Emmiqrasiya fərqi 130,8 min nəfər təşkil edib: “1995-1999-cu illərdə ölkədən gedənlər 65 min, gələnlər isə 30 min nəfər olub, 35 min nəfər emmiqrasiya fərqi yaranıb. 2000-2004-cü illərdə Azərbaycandan gedənlərin sayı 28 min, gələnlərin sayı 13 min nəfər, emmiqrasiya fərqi 15 min nəfər olub. 2005-2009-cu illərdə ölkəmizdən gedənlər 12,5 min, gələnlər isə 12 min nəfər olub ki, nəticədə 400 nəfər emmiqrasiya fərqi yaranıb. 2008-2009-cu illərdə isə 2 min nəfər emmiqrasiya fərqi qeydə alınıb”.
29 İyun, 2011 17:11 ⁄ Baxılıb: 1106
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |