Simsar.az | bizi özünüzə Simsar bilin
AFİNADA KÜÇƏ DÖYÜŞÜ GEDİR

Bu gün Yunanıstan parlamentində büdcə xərclərinin azaldılmasını nəzərdə tutan proqram müzakirəyə çıxardılacaq.

Dünən səhər saatlarından başlayaraq, paytaxt Afinada hökumətin iqtisadi proqramına etiraz edən aksiyaçılarla polis arasında qarşıdurma başlayıb və qarşıdurma hələ də davam edir. 

Parlament binasının olduğu Sindaqma Meydanında baş verən olaylar zamanı ətrafdakı bina, otel, bank və mağazalara hücum çəkən, bir telekommunikasiya şirkətinə məxsus avtomobili yandıran, polisə daş, partlayıcı maddə atan üzü maskalı şəxsləri polis gözyaşardıcı qaz ilə dağıtmağa çalışır. Kimyəvi maddələrin bulud kimi büründüyü şəhərin mərkəzində nəfəs almaq çətinləşib.

Anarxist qruplar Sindaqma meydanı ətrafındakı yollarda zibil qablarını yandıraraq, barrikadalar qurur. İndiyə qədər saxlanılanların sayı barədə məlumat verilməsə də, 4 aksiyaçı və 3 polisin yaralandığı bildirilib. Aksiyaların qarşısını almaq üçün küçələrə 4 mindən çox polis əməkdaşı çıxarılıb.

29 İyun, 2011  16:07 Baxılıb: 1166

Bu bölmədə