Simsar.az | bizi özünüzə Simsar bilin
İRAN KOSMOSA MEYMUN GÖNDƏRİR

Bu məqsədlə 5 meymun testdən keçirilib

İran gələn ay kosmosa canlı meymun göndərməyi planlaşdırır.

İRNA agentliyinin xəbərinə görə, İran Kosmik Agentliyinin rəhbəri dünən verdiyi açıqlamada bu məqsədlə 5 meymunun testlərdən keçirildiyini və "Kavoşgar-5" raketiylə kosmosa göndərmək üçün onların arasından birinin seçiləcəyini bildirib.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejat avqustda verdiyi açıqlamada ölkəsinin 2017-ci ilə kadar kosmosa insan göndərməyi planlaşdırdığını söyləmişdi.

29 İyun, 2011  04:33 Baxılıb: 3884

Bu bölmədə