Simsar.az | bizi özünüzə Simsar bilin
Mehriban Əliyeva diplomatların xanımları ilə görüşüb

Təşəbbüs qarşı tərəfdən gəlib

İyunun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən səfirlərin xanımları ilə görüşüb. 

Simsar.az-ın məlumatına görə, qonaqları səmimi salamlayan Azərbaycanın birinci xanımı onlarla xatirə şəkli çəkdirib.

Görüşdə bildirilib ki, Azərbaycanın birinci xanımı ilə görüşmək fikri səfirlərin xanımlarından ibarət qrupun toplantılarından birində səslənib. Qrupun fəaliyyətində xeyriyyəçilik işləri əsas yer tutur və bu məqsədlə də xanımlar Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı fəaliyyətlə yaxından tanış olmaq istədiklərini bildiriblər.

Qrup üzvləri Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti barədə məlumatlı olduqlarını, lakin aparılan işlər barədə daha çox öyrənmək niyyətində olduqlarını diqqətə çatdırıblar.

Səmimi söhbət çay süfrəsi arxasında davam edib.

28 İyun, 2011  22:50 Baxılıb: 1292

Bu bölmədə