Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Evsenin bank hesabları dondurulub

Onun Albaniya bankında 4,25 milyon dollar vəsaitinin olduğu bildirilir

İspaniyada həbs olunmuş, Azərbaycanda və Albaniyada fəaliyyət göstərən iş adamı Əli Evsenin bank hesabları dondurulub.

Simsar.az-ın «Hürriyyət» qəzetinə istinadən verdiyi məlumata görə, artıq Ə. Evsenin səhmdarı olduğu (93% paya malik) Albaniya Hava Yolları şirkətinin hesabı da dondurulub.


Qeyd edək ki, Azərbaycanda avtomobil, otel və alış-veriş mərkəzlərinin daxil olduğu “Evsen Group”un sahibi olan Ə. Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.

Əli Evsen İspaniya polisi tərəfindən ötən həftə Madriddə həbs olunub. O, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ən yaxını olan misirli iş adamı ilə birlikdə ictimai sərvətləri talama, rüşvətxorluq, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

İttihama görə, Azərbaycanda fəaliyyət göstərən “Evsen Group” şirkətinin qurucusu olan Əli Evsen isə Mübarəkin çirkli pullarının yuyulmasında kuryerlik edib, pulları öz şirkətlərinin hesabları üzərindən eks-prezidentin adamlarına göndərib.
Onun Albaniya bankında 4,25 milyon dollar vəsaitinin olduğu bildirilir

28 İyun, 2011  16:58 Baxılıb: 1012

Bu bölmədə