Simsar.az | bizi özünüzə Simsar bilin
HƏMSƏDRLƏR REGİONA GƏLƏCƏK

Onlar Bakı, Xankəndi və İrəvanda olacaqlar 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəklər. 

Bu haqda Fransa Xarici İşlər Nazirliyi xəbər yayıb.

Həmsədrlər öncə Bakıya gələcəklər. Vasitəçilər daha sonra Xankəndi və İrəvana səfər edəcəklər.

Nazirliyin açıqlamasında deyilir ki, vasitəçilərin növbəti səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsini təmin etməkdir.

28 İyun, 2011  15:31 Baxılıb: 1331

Bu bölmədə