Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT RUSİYALI NAZİRİ QƏBUL EDİB

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevi qəbul edib. 
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, həmçinin daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bölgədə sabitliyin önəmi qeyd olunaraq ölkələrimizin əlaqələrinin möhkəmlənməsinin bu işə töhfə verdiyi bildirildi. Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi və ölkələrimizin müvafiq strukturları arasında birgə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

28 İyun, 2011  04:20 Baxılıb: 998

Bu bölmədə