Simsar.az | bizi özünüzə Simsar bilin
İRAN TÜRKİYƏNİ HƏDƏLƏDİ

“NATO Suriyaya hücum etsə, torpaqlarınızdakı NATO hədəflərini məhv edəcəyik”

Suriya prezidenti Bəşir Əsədin Türkiyədən İranın dini lideri Xamneyiyə şikayət etdiyi iddia olunur.Livan mətbuatı İranın Türkiyəyə “NATO Suriyaya hücum etsə, torpaqlarınızdakı NATO hədəflərini məhv edəcəyik” dediyini yazıb.

Qeyd edək ki, ötən gün Bəşir Əsəd Türkiyəni qərbi sevindirməyə çalışmaqda və fürsətdən istifadə etməkdə günahlandırıb, n bununla bağlı Türkiyədən İrana şikayət etmişdi. Xəbərə görə, İran NATO-nun Suriyaya hücum etməsi halında Türkiyənin NATO qüvvələrinə ərazi verməməsini, əks təqdirdə, Türkiyədəki NATO və ABŞ hədəflərini vuracağını bəyan edib.

“The Guardian” qəzeti isə yazıb ki, Suriya ötən həftə Türkiyə sərhədinə ordu yığmaqla bu ölkəni təhdid etməyə çalışıb.

28 İyun, 2011  04:20 Baxılıb: 1075

Bu bölmədə