Simsar.az | bizi özünüzə Simsar bilin
QƏDDAFİ ÖLKƏDƏN GETMƏYƏ HAZIRLAŞMIR

Hökumət sözçüsü "ev-ev, küçə-küçə vuruşmağa hazırıq"

Liviya iqtidarı Müammər Qəddafinin nə hökumətdən, nə də ölkədən ayrılacağını açıqlayıb.

Hökumət sözçüsü Musa İbrahim Qəddafinin hələ Tripolidə olduğunu və ölkəni idarə etdiyini deyib: "Qəddafi Liviyadan getməyəcək və istefa verməyəcək. Çetelərə boyun əyməyəcəyik".

NATO-ya da boyun əyməyəcəklərini söyləyən İbrahim ev-ev, küçə-küçə vuruşmağa hazır olduqlarını bildirib.

İbrahim eyni zamanda Qəddafinin iqtidarda qalıb-qalmaması məsələsinin seçkidə həll oluna biləcəyini söyləyib.

27 İyun, 2011  19:59 Baxılıb: 995

Bu bölmədə