Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏ SURİYADA VƏZİYYƏTİN SABİTLƏŞMƏSİNİ İSTƏYİR

Əhməd Davutoğlu: Əsədin xalqa müraciətində islahatlara işarə baxımından irəliləyiş ünsürləri var

“Suriya Prezidenti Bəşər Əsədin xalqa müraciətində islahatlara işarə baxımından irəliləyiş ünsürləri var, lakin bunların konkret addımlarla həyata keçirilməsi lazımdır”. Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu belə hesab edir. Hakim “Ədalət və İnkişaf Patiyası”nın Konyadan olan millət vəkili Əhməd Davutoğlu jurnalistlərin suallarını cavablandırıb.

“Ankara-Dəməşq münasibətlərində gərginlikdən söhbət gedə bilərmi?” sualına Davutoğlu belə cavab verib: “Türkiyə-Suriya əlaqələri hər hansı iki ölkə arasında qonşuluq münasibətlərindən də qat-qat yuxarı səviyyədədir.

Hadisələrin siyasi və beynəlxalq miqyası ilə yanaşı, humanitar tərəfi də böyük əhəmiyyət daşıyır. Suriyada islahatların tezliklə həyata keçirilməsi və əmin-amanlığın bərqərar edilməsi üçün Suriya ilə əlaqələrimizi davam etdirəcəyik.” - Türkiyənin xarici işlər naziri belə deyib.

Əhməd Davutoğlu Türkiyə ərazisinə pənah gətirən suriyalı qaçqınlar məsələsini Suriyalı həmkarı ilə müzakirə etdiyini də bildirib. “Dünən onların sayı 10,500 nəfər idi, bu gün də çox sayda suriyalı qəbul etmişik. Biz onlara qaçqın kimi deyil, qonaq kimi yanaşırıq”. - Əhməd Davutoğlu belə deyib.

25 İyun, 2011  16:28 Baxılıb: 1033

Bu bölmədə