Simsar.az | bizi özünüzə Simsar bilin
BAŞ PROKURORLUQDA YENİ RƏHBƏR TƏYİNATLARI OLDU

4 şöbə və bir qrupa rəis təyin olunub

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində yaradılan şöbə və qrupa təyinatlar olub. Bu barədə məlumat Baş Prokurorluğun saytında yerləşdirilib.

Qurumun saytı xəbər verir ki, idarənin İstintaq şöbəsinin rəisi Əli Quliyev, Təşkilati və informasiya təminatı şöbəsinin rəis Rövşən Əliyev, Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəis Vüqar Əliyev, Daxili təhlükəsizlik xidmətinin rəis Elşən Abbasov, mütəxəssislər qrupunun rəhbəri isə Nurəli Məmmədov təyin olunub.

Qeyd edək ki, bu il mayın 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb. Həmin əmrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin artan iş yükü şəraitində işinin çevik təşkil olunması, səmərəli nəzarət mexanizminin yaradılması, idarənin qoşulması nəzərdə tutulan digər dövlət və qeyri-dövlət qurumlarının məlumat bazaları, informasiya sistemləri və reyestrlərindən lazımi məlumatların əldə edilməsi üçün qrup və şöbələr yaradılıb.

25 İyun, 2011  02:02 Baxılıb: 1056

Bu bölmədə