Simsar.az | bizi özünüzə Simsar bilin
İLHAM ƏLİYEV XORVATİYA PREZİDENTİNİ TƏBRİK EDİB

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti İvo Yosipoviçi təbrik edib, məlumatı Prezidentin rəsmi saytı yayıb

"Hörmətli cənab Prezident, Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi arzulayıram" İlham Əliyev təbrik məktubunda deyib.

25 İyun, 2011  01:42 Baxılıb: 1009

Bu bölmədə